Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünən, İraqda sionist qüvvələrinin muzdlu sələfi-vəhabi ünsürləri tərəfindən, İran İslam Respublikasından İraqa Məsum İmamların ziyarətinə gəlmiş maşın karvanına silahlı hücum olub.
Terror hadisəsi zamanı 43 iranlıdan 14 nəfəri, uca şəhadət məqamına nail olmuş və 33 nəfəri isə, müxtəlif bədən xəsarətləri alaraq, təcili İran İslam Respublikasın keçirilərək, Kermanşah şəhərinin mərhum Taliqani adına Mərkəzi Xəstəxanada yerlşdiriliblər.
Aldığımız məlumata görə, artıq onlardan 13 nəfəri, ilk yardımlar aldıqdan və həkim müayinəsindən keçdikdən sonra, xəstaxanadan evə buraxılmışdır. Digər yaralıların durumu isə, qaneedici söylənilir. Onlar, Taliqani xəstəxanasının mütəxəssis həkimləri və işçi qrupunun tam nəzarəti altında müalicə olunurlar.








Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır