4 iyun 2013 - 19:30
Bu gün İmam Kazımın (ə) şəhadət günüdür

İmam Musai Kazımın (əleyhis səlam): “Peyğəmbər və onun ailəsinə salavat göndərməkin mənası, Allah Təalanın aləmdə bəndələrindən öz peyğəmbərinin peyğəmbərliyinə, İmamların imamət və vilayətinə iman gətirdikləri əhdi- peymanı bir daha yeniləyərək sadiq qaldıqlarını bildirirlər”. Təfsiri Came, cild. 5, səh. 371.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün hüzünlə dolu günlərdən biri, Bəşər və Cin tafalarının yeddinci İmamı, İmam Musai Kazımın (əleyhis səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu hüznlə əlaqədar ilk öncə Zamanın Sahibi, İmam Məhdyə (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xameneiyə və bəşəriyyətə dərin təsliyyət veriririk.

 

İmam Musai Kazımın (əleyhis səlam) inci kəlamları:

 1. İmam Musai Kazımın (əleyhis səlam): “Öyrənilməsi vacib olan elm, o elmdir ki, qəlbivin (ruhuvun) xeyr və məsləhətini sənə verə və axirətivi düzəldə (admin: dini elimlərin öyrənilməsi nəzərdə tutulur)”. Müstədrəkül Vəsail, cild. 2, səh.3.

2. İmam Musai Kazımın (əleyhis səlam): “Allahın dinini və buyurduğu qanunları öyrənməkə səy edin, onun təyin etdiyi hüdudlara riayət edin. Yoxsa Allahın, Mələklərin və möminlərin yanında səhralarda yaşayan sivlizasiyadan uzaq, mədəniyyətsiz, nadanlar kimi tanlnarsız”. Biharul Ənvar, cild. 17, səh. 208.

3. İmam Musai Kazımın (əleyhis səlam): “Allah etdiyin bütün ibadətlərdən sonra daim özündə bu ibadəti noqsanlı hüsab et. Həqiqətən də, Allah bəndələri, gördükləri bütün işlərdə, özləri ilə, Allah arasında təqsirkardırlar (admin: Allaha fərdi, ictimai, iqtisadi, siyasi və. s. sahələrdə laiqincə ibadət və itaət edə bilmirlər), yalnız Məsumlardan başqa”. Təfsiri Bürhan, cild. 2, səh. 730.

4. İmam Musai Kazımın (əleyhis səlam): “Öz yaxşı əməllərinizi çox (və üstün), kiçik günahlarınızı da az saymayın. Çünki günah yavaş yavaş yığılaraq çoxalır”. Kafi, cild. 4, səh. 426.

5. İmam Musai Kazımın (əleyhis səlam): “Peyğəmbər və onun ailəsinə salavat göndərməkin mənası, Allah Təalanın aləmdə bəndələrindən öz peyğəmbərinin peyğəmbərliyinə, İmamların imamət və vilayətinə iman gətirdikləri əhdi- peymanı bir daha yeniləyərək sadiq qaldıqlarını bildirirlər”. Təfsiri Came, cild. 5, səh. 371.

Adiyatlı linklər:

Bu gün İmam Kazımın (ə) şəhadət günüdür (1)

İmam Kazımın (ə) həyatı barədə qısa tanışlıq (2)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır