31 may 2013 - 19:30
Ərdoğan, öz xalqına da vəhşilik nümayiş etdirir + Foto

Qeyd edək ki, Türkiyədəki Taksim aksiyasına dəstək artıq ölkədən xaricdə də həyata keçirilir. Belə ki, aldığımız məlumata əsasən bu axşam, Azərbaycandan və Türkiyədən olan gənclər, Bakının Fəvvarələr meydanında toplaşaraq, İstanbulun Taksim meydanında aksiya keçirən dinc əhaliyə dəstək, nümayişçilərə güc tətbiq edən polislərə etiraz bildirmək üçün aksiya keçiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyədə gözlənilmədən Adullah Gül və Təyyib Ərdoğanın mürtəce siyasətlərinə qarşı baş verən etiraz aksiyaları, artıq İstanbul, paytaxt Ankara, İzmir və başqa şəhərləri də bürüyüb. Lakin bütün bu etiraz aksiyalarına baxmayaraq, Ərdoğan Gezi parkındakı etirazlara sərt cavab verib.

Polis qüvvələri isə, bu gün baş verən etiraz aksiyalarını dağıtmaq məqsədi ilə, xüsusi vəhşilik nümayiş etdirib. Çevik polis alayları, mülki vətəndaşlara, gözyaşardıcı qazlardan, rezin güllələrdən, istiot maddələrindən və.s insan bədəninə ciddi xəsarət yetirən alətlərdən istifadə edib.

Bu arada Türkiyə dövlətinə bağlı medialar isə, ölkədə baş verən kütləvi narazılıq hallarını məhz, ekaloji etiraz kimi cilvələndirməyə səy göstərirlər.

Qeyd edək ki, Türkiyədəki Taksim aksiyasına dəstək artıq ölkədən xaricdə də həyata keçirilir. Belə ki, aldığımız məlumata əsasən bu axşam, Azərbaycandan və Türkiyədən olan gənclər, Bakının Fəvvarələr meydanında toplaşaraq, İstanbulun Taksim meydanında aksiya keçirən dinc əhaliyə dəstək, nümayişçilərə güc tətbiq edən polislərə etiraz bildirmək üçün aksiya keçiriblər.

 

 

تصاویر/ شدت گرفتن اعتراضات ضد سیاست های اردوغان

.f5cls{text-align:justify;} .f5cls a{color:blue;text-decoration:underline;} .f5cls a:hover{color:red;text-decoration:none;} .f5cls a:visited{color:#a44;}

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır