29 may 2013 - 19:30
Zindandan məktub: Allaha söykənən xalq qalibdir

Xalqımız Allaha arxalanaraq öz gücünə inanmalı və dəyişiklik etməlidir Qarşıda bizi prezident seçkiləri gözləyir.Oktyabr ayında keçiriləcək seçkilərdə kimin qalib gələcəyi haqqında proqnoz vermək hələ ki,tezdir...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Xeber44şcom saytının ŞƏRLƏNƏRƏK həbsdə yatan Baş Redaktoru Araz Quliyev qazamatdan yazdığı məktubda Azərbaycan Xalqını Allaha söykənərək, haqqını tələb etməkə səsləyib.

Məktubu olduğu kimi ziyarətçilərimizə təqdim edirik:

 

Normal ölkələrdə xalq kimi istəyirsə onu da hakimiyyət başına gətirir.Azərbaycanda isə ədalətli seçkidən danışmaq çox çətindir.20 ildir ölkəmizdə seçkilər saxtalaşdırılaraq xalqın səsi oğurlanır.Bu ilki seçkidə də saxtakarlığın olacağı şübhə doğurmur.Amma buna görə heçdə həvəsdən düşməy lazım deyil.Seçkilərdə əsas söz sahibi yenədə xalqdır.Məşhur atalar məsəlində elin gücünü selin gücünə bənzədiblər.Sel isə ağacları kökündən qopartmağa belə qadirdir.Xalqımız gərək özü necə yaşamaq istədiyini və nəyə layiq olduğunu göstərsin.Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur:”Hər bir xalqa,ümmətə özünə layiq başçı verilər.”

Azərbaycanı idarə edən hakim rejim nəfərləri rüşvət,korrupsiya hesabına həddindən artıq var-dövlət yığıblar.Məlum məsələdir ki,aldıqları əmək haqqı ilə bu qədər var dövləti toplaya bilməzlər.Onların ölkəmizin sərvətini tapdalamaqla offşor zonalarına,xarici bank hesablarına milyardlarla dolların köçürməsi də hamıya gün kimi aydındır.Yalnız axmaq adamlar bunu inkar edə bilər.Məmurların,deputatların,hökumət yönümlü yaltaqların haqqdan,ədalətdən,inkişafdan danışması isə birbaşa xalqı ələ salmaqdır.Amma bu məsələdə bizim də günah payımız var.5-10 günlük dünya həyatına bağlanmağımız,ölümdən,itirəcəyimizdən qorxmağımız bizim belə yaşamağımıza səbəb olmuşdur.Qurani Kərimin Ənam surəsi 123-cü ayəsində buyurulur:”Biz günahkar camaatın başçılarını hiylə-kələk işlədən etdik ”.

Ey Azərbaycan xalqı! Siz özünüz də bunların necə yalan vədlər verdiyinin,necə yalan danışdıqlarının şahidisiniz.Ölkəmizin malını,sərvətini çapıb-talayan,ölkədə manapoliya mühiti yaradan elə “yuxarıların” özləri deyilmi? Xalqın dükanını, bazarını, evini uçuran, rüşvət yığan, ”haqq” yığan onlar deyilmi? Azanımıza, hicabımıza qadağalar qoyan, məscidi məhkəməyə verən, haqqlarını, hüquqlarını tələb edən Azərbaycan oğullarını cürbəcür qara yaxmalarla, narkotiklə, silahla şərləyən, azad mətbuatı susdurub jurnalistləri həbsə atanda onların özləridir.

İmam Hüseyn (ə) buyurub:”Allahın halalını haram edən,haramını halal edən,xalqa zülmlə rəftar edən zalim sultanı kim görüb dinməsə yeri cəhənnəmdir”.

Odur ki,bizlər əynimizə geyindiyimiz “dözümlü xalq” libasını çıxarıb xalqa zülm edənlərə qarşı dözümsüzlük göstərməliyik.

 Xilafətin ilk günü Həzrəti Əli (ə)-ın xalqın qarşısında etdiyi tarixi bir çıxışını sizin diqqətinizə çatdırmaq istəyirəm.O,böyük şəxsiyyət deyir: “Camaat bu bir neçə miniyin üstündəkindən və əynimdəki paltardan başqa mənim dünya malından heç nəyim yoxdur.Əgər görsəniz ki,mən bunlardan artıq özüm üçün bir şey artırmışam bilin ki,sizə xəyanət etmişəm”.

Həzrəti Əli (ə) bu çıxışı ilə o vaxtdan indiyə kimi yaşamış bütün xalqlara bir mesaj göndərdi.O,demək istədi ki, ey camaat dövlət başında kimin durmasından asılı olmayaraq öz haqqınızı tələb edin,xəyanətlə barışmayın.Həmçinin o,özündən sonra bu günki günə kimi gələcək bütün dövlət başçılarına, prezidentlərə demək istədi ki, xalqa xəyanət, zülm etməyin.

Artıq Azərbaycan xalqı başa düşməlidir ki, bizim səhvimiz, günahlarımız ucbatındandır ki, bizə qarşı hiylə-kələk işlədilir, zülmlə rəftar olunur. Xalqımız inanmalıdır ki, əgər yaxşılığa doğru dəyişiklik istəsə və bunun üçün səy göstərsə Allah (c.c) bunu onlara verəcəkdir.

Qurani-Kərimin Rəd surəsi 11-ci ayəsində buyurulur: “Hər bir xalq, ümmət öz müqəddaratını, taleyini dəyişməsə Allah da onların müqəddaratını, taleyini dəyişməz”.

Sovet rejiminin necə dağılması yəqin ki, yaddaşlardan silinməyib. 90-cı illərdə xalqımız Sovet köləliyindən ayrılmaq istədi. Allah (c.c) da bunu xalqımıza verdi. SSRİ kimi 70 illik imperiyaya qarşı Azərbaycan xalqı mübarizə apardı və qalib oldu.

Biz yenə də həmən mübariz xalq ruhiyyəsini özümüzə qaytarmalıyıq ki, YAP köləliyindən çixaq. Xalqımız Allaha söykənərək, Allaha arxalanar öz gücünə inanmalı və Allahın istəyinə uyğun dəyişiklik etməlidir. Allaha söykənən xalq qalibdir!!!

 

Bakı şəhəri,1 saylı istintaq təcridxanası

Baş Redaktor Araz Quliyev

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır