Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Anar Qasımlı mediyaya verdiyi açıqlamada müvəkkili Azərbaycan İslam Oyanış Hərakatının Lideri, Azərbaycan İslam Partiyasının Sədri Mövsüm Səmədovla görüşə bilmədiyini qeyd edib.
Vəkil bildirib ki, bununla bağlı Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə məktub yollayıb. “Məktubda ümumiyyətlə vəkillərin cəza evlərində müvəkkilləri ilə görüşmələri qaydalarına aydınlıq gətirilməsini istəmişəm. Hələ ki, məktuba cavab verilməyib”.
Anar Qasımlı qeyd edib ki, Mövsüm Səmədovla telefonla da əlaqəsi yoxdur: “Axırıncı dəfə bir ay əvvəl mənimlə danışıb”.
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarın 2-sində Azərbaycan İslam Partiyasının keçirtdiyi toplantıda, tarixi çıxışın edərək, mövcud əliyevlər rejiminin qeyrileqallığının ortaya qoymuş və bununla da Azərbaycan İslam Oyanışı Hərakatının sürətlənməsinə təkan vermişdir. O, dərhal bu çıxışdan sonra yanvar ayının 8-zində qondarma ittihamlarla həbs edilərək daha sonra hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa müxtəlif qondarma ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır