Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünən 29 may, 2013 tarixdə, Türk, Ərəb, Avropa, ABŞ imerialist qüvələri başda olmaqla, cühüd sionist rejimi tərəfindən dəstəklənən vəhabi-sələfi yaraqlı ünsürləri, İraqda məzhəblər arası qarşıdurmanı yaratmaq məqsədi ilə, növbəti terror aktlarını həyata keçiriblər.
Aldığımız məlumata görə, vəhabi-sələfi yaraqlıları tərəfindən törədilən terror aktı, maşına yerləşdirilmiş bomba qurğusunun partladılması ilə, həyata keçirilib. Güclü partlayış nəticəsində, azı 16 Şiə Şəhid və 42 nəfər isə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə, yaralanıblar.
Hadisə, İraqın Cənub əyalətindəki “əl-Cihad” məntəqəsində, Toy mərasimində baş verərək, vətəndaşların şadlıq mərasimin matəmə çevirib.
Bağdaddan verilən xəbərlərə görə isə, eyni zamanda Paytaxt Bağdadın Ticarət Mərkəzində də, iki “bubi tələsi” partlayaraq azı 9 Şiənin Şəhid və 11 nəfərin isə ağır bədən xəsarətləri alması ilə, nəticələnib.
Hadisə ilə bağlı, Dövlət Təhlükəsizlik Qüvvələri tərəfindən ciddi axtarışlar aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır