28 may 2013 - 19:30
Azərbaycan İslam Partiyası Milli Şurada

Rövşən Əhmədli bildirib ki, İslam Partiyası Milli Şuraya dəvət alıb və ölkənin aparıcı siyasi qüvvələri ilə birlikdə bu qurumda təmsil olunacaqlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyanın sədr müavini Rövşən Əhmədli məlumat bildirib: “Milli Şurada təmsil olunacaq siyasi partiyalardan biri də Azərbaycan İslam Partiyasıdır”.

Rövşən Əhmədli bildirib ki, İslam Partiyası Milli Şuraya dəvət alıb və ölkənin aparıcı siyasi qüvvələri ilə birlikdə bu qurumda təmsil olunacaqlar.

 Partiya funksionerinin sözlərinə görə, onlar Milli Şuranın yaradılması müzakirələrində iştirak etmələr də, bu qurumda təmsil olunacaqlar: “Biz bu qurumun fəaliyyətinə dəstək veririk”.

Qeyd edək ki, dünən yaradılmış Demokratik Qüvvələrin Milli Şurasında müxalifət partiyalar, ziyalılar, hüquq müdafiəçiləri, inanclı kəsimin təmsilçiləri, və gənclər təşkilatları təmsilçiləri birləşib. Milli Şuranın tam tərkibi yaxın günlərdə elan olunacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır