22 may 2013 - 19:30
İran İslam Respublikası yeni hərbi məhsullarını nümayiş etdirib

Mərasimdə “Said” tapançası, “Əxgər” avtomatı, “Mersad” snayperi, “Nafez təchizat” adlı qurğu, “Neynəva” texniki avtomobili, “Skorpin” modernləşdirilmiş tankı, “Lançer” adlı daha bir hərbi qurğu, “Fədək” radio sistemi və infraqırmızı şüalarla görünməyən paltar nümayiş etdirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası yeni hərbi məhsullarını nümayiş etdirib. Tədbirdə İslam Respublikasının Müdafiə Naziri, General-Mayor Əhməd Vəhidi də iştirak edib.

Mərasimdə “Said” tapançası, “Əxgər” avtomatı, “Mersad” snayperi, “Nafez təchizat” adlı qurğu, “Neynəva” texniki avtomobili, “Skorpin” modernləşdirilmiş tankı, “Lançer” adlı daha bir hərbi qurğu, “Fədək” radio sistemi və infraqırmızı şüalarla görünməyən paltar nümayiş etdirilib. Hərbi məhsullar, İran İslam Respublikasının yerli mütəxəssisləri tərəfindən istehsal edilib.

Bundan əlavə, İİR-ın mərkəzi əyalətlərindən sayılan İsfahan şəhərinin Nəsrabad bölgəsində “Beytül-Müqəddəs 25” adlı hərbi manevr başlayıb. Təlimdə İran İslam Respublikasının Hərbi-Hava Qüvvələrinin briqadaları, eləcə də Quru Qoşunların zirehli, mexaniki, artilleriya, hava hücumundan müdafiə, mühəndis və rabitə bölmələri öz güclərini nümayiş etdiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır