Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Ziyil, Human Papilloma Virus"un (HPV) törətdiyi bir xəstəlikdir. Daha doğrusunu desək-ziyil, dəridə HPV virusunun əmələ gətirdiyi XOŞXASSƏLİ BİR ŞİŞDİR. Dərinin hər bölgəsində əmələ gələ bilər. İlk öncə iynə başı böyüklükdə olur və tədricən də böyüyür.
Ən çox 10-20 yaş arası görülür və bu yaşdakı insanların 10% ində ziyil mövcutdur. Əgər genital bölgə kənarında və çox sayda deyillərsə bunun bir qorxusu yoxdur. Amma, bədənin hər yerinə yayılmlş və müalicəyə baxmayaraq təkrarlayırlarsa bu immun sistemin zəyifliyinə işarə edir. Bu hallarda, zamanəmizdə mütləq AİDS birinci növbədə düşünülməli və müayinə aparılmalıdır.
Qadınlarda genital bölgədə yerləşən ziyillər irəlidə uşaqlıq boynu xərcəngi törədəcəyi üçün mütləq müalicə olunmalıdır!
Ziyil, virusun törətdiyi bir xəstəlikdir. Ona görə də yoluxucudur. Amma, burda da bir əmma da var. Virus, yalnız dərinin dərin təbəqələrində yaşaya bilir. Virusun isə dərinin dərin təbəqəsinə keçməsi üçün mütləq dəridə travma olmalıdır! Ona görə də ziyil, əsasən təzyiqəa məruz qalınan və qaşınan yerlərdə çıxar. Həddini aşmış manikur və dırnaq yemək dırnaq çevrəsində ziyilin əmələ gəlməsini asanlaşdırır. Ayaqda yerləşənlər, əsasən hamam, hovuz zəminləri ilə yoluxur.
Ziyilin İslam təbabəti ilə müalicəsi
1 Bədəndə olan hər bir zigil üçün 7 ədəd arpa dənəsi göürüb hər birinə 7 dəfə Vaqiə sürəsinin ilk 6 ayəsini və həmçinin 7 dəfə bu duanı وَ يَسْئَلُونَكَ عَنِ الْجِبالِ فَقُلْ يَنْسِفُها رَبّى نَسْفاً فَيَذَرُها قاعاً صَفْصَفاً لاتَرى فيها عِوَجاً وَلا اَمْتاً - Oxunuşu: “Və yəsəlunəkə ənil cibal. Fəqul, yənsifuha rəbi nəsfa, fəyəzəruhə qaən səfsəfə, lə tərə fihə ivəcən və lə əmtə.” oxuyursan.
Daha sonar, arpa dənələrin bir bir zigilə sürtüb, parçaya bükərək, daşa bağlayıb quyuya atırsan.
Bəzilərinin nəzərinə görə bu işi müsəlman aylarının axırında, ayın tamami ilə göydən itdiyi vaxtda etsən daha yaxşı olar.
2 Başqa bir hədisdə isə, deyilir ki, duzu zigilə sürtüb, 7 dəfə Həşr sürəsinin 21 ayəsindən ta 24-cü ayəsinə kimi onun üzərinə oxuyub təndirə atırsan. İnşaAllah tezliklə aradan gedər.
3 Xəzain kitabında deyilir ki, zigilə Nurə sürtsən aradan gedər.
Zİyili aparmaq üçün türkəçarə
Ziyilin qopub düşməsi üçün, böyük bir soğanın ortasını oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin mayedən götürüb, gündə bir neçə dəfə ziyilin üzərinə sürtürlər. Bunun üçün yetişməmiş əncirdən çıxan südü də onun üzərinə sürtür, cavan qoz ağacı yarpağını bişirərək ziyil üzərinə bağlayır, yaxud gicitkən yarpağını bal ilə təpitmə kimi qoyurlar. Bu həm də çibanın açılmasına kömək edir. Əhəngi sirkə ilə qatıb ziyili sürtməklə də onu yandırıb aradan çıxarmaq olur.
-Ziyilə gündə 2-3 dəfə zəncirotu və kartof, ya da gecə yatmazdan əvvəl 1 dəfə dəmrovotu şirəsi sürtün. Bu proseduru ziyil tam quruyub düşənə qədər davam etdirin.
-4-5 gün ərzində , yatmazdan əvvəl, yovşanın təzə dərilmiş yrpaqlarından və ya sürtgəcdən keşirilmiş soğandan ziyilin üstünə təpitmə qoyun.
-Sulanmış ziyili gündə 3-4 dəfə naşatır spirti ilə, ya da qıtığotunun çay sodası ilə isladın.(1:1)
-Əgər ziyil ayaq pəncəsinin altındadırsa, ləyəndəki 5 litr qaynar suyun üzərinə 2 x/q çay sodası töküb, ayaqlarınızı 10 dəq ləyəndə saxlayın. Məhlulun soyumaması üçün vaxtaşırı ləyənə qaynar su əlavə edin. Sonra buynuzlaşmız ziyili daban daşı ilə sürtün. Daha sonra ziyilin üstünə 1 tikə təzə mal əti qoyub, isladılmış kağız salfetlə bükərək, üstünü sellofanla örtüb yapışqanlı parça ilə bağlayın. Yəni açılmaması üçün. Bağlanmış yeri, suda islanmaqdan qoruyun. 3 gündən sonra açın, artıq Ziyil itmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır