Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən ötən ilin 5 oktyabrında Hicab Qadağasına etiraz olaraq Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyasında həbs olunan 35 nəfərdən daha 9 nəfərinə hökm oxunub.
Nərimanov rayon məhkəməsində Türkel Rəsulov, Elnur Həsənov, Elsevər İsayev, Yusif Mirzəyev, Rauf Salehov 1 il 6 ay, Seymur Bağırlı, Bəxtiyar Ağayev, Məhəmməd Qəmbərov, Nofəl Məmmədova 1 il 9 ay, Xudaverdi Abdullayevə isə 2 il müddətinə hökm oxunub.
Hicab məhbusları Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ŞƏRLƏNİBLƏR.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır