Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bidirib: “Bu gün “El” Hərəkatı dini inanclı kəsimlə görüş keçirib”.
E.Quliyev, toplantıda inanclı insanların problemləri ilə bağlı bir sıra məsələlərə toxunulduğunu deyərək bildirib: “Tədbirdə Azərbaycan ictimaiyyətini narahat edən bir çox suallar qoyuldu, təkliflər səsləndirildi. Onlar arasında Hicab məsələsinin həlli və son zamanlar dindarların həbsi var idi”.
Hərəkat nümayəndəsi deyib ki, toplantıda qeyd olunan məqamlarla bağlı dindarlar tərəfindən “El” hərəkatının rəhbərliyinə suallar verilib, problemlər müzakirə edilib: “Azərbaycanda insanların dini etiqad azadlıqları əlindən alınır və bir çox hallarda bu hüquqlar bəzi məmurlar tərəfindən pozulur”.
E.Quliyevin sözlərinə görə, seçkilərə qədər dindar kəsimin nümayəndələri ilə bu tipli görüşlər davam edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır