10 may 2013 - 19:30
“Nəsrullah müstəsna Rəhbərdir, onun təhdidlərini ciddi qəbul edin” - Yedioth Ahronoth qazeti

işğalçı israil rejimin tuğgeneralı Ronin Khoini daha sonra: “Nəsrullah şəffaf danışdı. O, Müqavimət Hərəkatını Covalan Yüksəlikliylərində də həyata keçirəcəyinə və bu yolda Suriyalılara köməklik edəcəyinə söz verdi” deyərək bildirib: “Hizbullah əlini Suriya və İsrail sərhəddinə qoyub. Necə ki, bundan öncə Qəzzə Zolağı və Sinaya qoymuşdu”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqlarını işğal etmiş qondarma sionist israil rejimində çap olunan “Yedioth Ahronoth” qazeti, sionist rejiminin əsas rəsmi dairələrindən, Livan Hizbullah Təşkilatının Baş Katibi Höccətül İslam Seyyid Həsən Nəsrullahın təhdidlərini ciddi qəbul etmələrini və Seyyidin son zamanlar tutduğu mövqeni diqqətlə izləmələrini tələb edib.

“Yedioth Ahronoth” qazetinin hərbi məsələlər üzrə politoloqu, siyonist yazar Alex Fishman, sonist rejiminin Suriyaya etdiyi Hava Hücumunu kəskin tənqid edən geniş bir məqalədə, rejimin təhlükəsizlik kabinetinin irəli sürdüyü layihələri qınayaraq bildirib: “İsrail Ərəb ölkələrinin rəhbərləri tərəfindən qəbul olunan anlaşmaların əhəmiyyətsiz olduğunu sübut etməyə çalışır. Lakin məlumdur ki, Yaxın Şərqdə Seyyid Həsən Nəsrullah kimi müstəsna Rəhbərlər mövcuddur. Əgər təhdid edirsə, mütləq onun sözlərinə diqqətlə qulaq asmalıyıq...”

Alex Fishman işğalçı israil rejimin tuğgeneralı və “İkinci Livan müharibəsində (2006-cı il) Nəsrullahın etdiyi çıxışlarının qaydaları” adlı kitabın müəllifi “Ronin Khoini”yə istinadla yazır: “Nəsrullahın sözlərinin çoxu psixoloji mübarizə metodu daşısa da, lakin bir çox çıxışları əməli xarakter də daşıyır”.

Siyonist yazar “Ronin Khoini” daha sonra, Seyyid Həsən Nəsrullahın 2006-cı ildə etdiyi bütün təhdidli çıxışlarının 24 saat ərzində əməli olaraq həyata keçirildiyinə də işarə edərək, atəşkəs dövründə isə belə təhdidli çıxışların tez bir zamanda həyata keçməsinin zərurət yaratmadığına və uzun müddətdən sonra həyata keçirilə biləcəyini qeyd edib.

Ronin Khoini daha sonra: “Nəsrullah şəffaf danışdı. O, Müqavimət Hərəkatını Covalan Yüksəlikliylərində də həyata keçirəcəyinə və bu yolda Suriyalılara köməklik edəcəyinə söz verdi” deyərək bildirib: “Hizbullah əlini Suriya və İsrail sərhəddinə qoyub. Necə ki, bundan öncə Qəzzə Zolağı və Sinaya qoymuşdu”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır