Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu İdlibdə düşmən qüvvələrinə qarşı təşkil etdiyi xüsusi əməliyyatlar nəticəsində, terrorçu ünsürlərə aid bir bomba sexini, partlayıcı maddələr ilə quraşdırılmış avtomobili, bir miqdar silah və sursatı məhv edərək xeyli sayda terrorçunu zərərsiz hala gətirib.
SANA- xəbər agentliyinə açıqlama verən hərbi mənbə bu haqqda bildirib: “Qəhrəman silahlı qüvvələrimiz, ölkənin Cənub-qərb istiqamətində Əbu əl-Duhur Hava Limanına infiltrasiya cəhdində olan əl-Nüsrə Cəbhəsinə tabe terror qruplarınu ağır itkilərə uğramağa məcbur edib”.
Hərbi qaynaq, təcavüzkar ünsürlərə aid çoxlu sayda silah mühimmatlarının məhv edildiyini və qrupun üzvlərinin hamısının ölü və yaralı olaraq ələ keçirildiyini də əlavə edib.
Qaynaq daha sonra, Benş bölgəsində terroristlərə aid bomba emalatxanasının yanında park edilmiş silah-sursatla dolu 4 yük maşının məhv edildiyi və qeyd olunan emalatxana daxilində xarici ölkə vətəndaşları olan çoxlu sayda muzdlu terrorçuların da öldürüldüyünü vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır