Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının təşkilat məsələləri üzrə sabiq müavini Arif Qəniyev həbs müddətinin baş çatması ilə əlaqədar bir az əvvəl azadlığa buraxılıb.
Xatırladaq ki, 2011-ci ilin avqustunda tutulan Arif Qəniyev mövcud əliyevlər rejimi tərəfindən Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) QONDARMA maddələri ilə ŞƏRLƏNİLƏRƏK, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci il iyunun 6-da o, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Respublika Prokurorluğu qərardan şikayət verib və Arif Qəniyev avqust ayında yenidən tutulub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır