Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Oyanışı Hərakatının Lideri, Azərbaycan İslam Partiyasının Sədri Doktor Mövsüm Səmədovun səhhətində yenidən problem yaranıb.
Doktor Mövsüm Səmədovun xanımı Mehparə Səmədova, aprelin 26-da 11 saylı Cəzaçəkmə Müəssisəsində Mövsüm Səmədovla görüşdükdən sonra bildirib: “Bu ilin yanvar ayında səhhətində problemlər yarandığı üçün yoldaşımı müalicə müəssisəsinə göndərdilər. Onun ciddi müalicəyə ehtiyacı vardı. Amma 28 gündən artıq saxlamadıqları üçün müalicəsi yarımçıq qaldı. Ona görə də böyrəklərində yenidən problem baş qaldırıb”.
Mehparə Səmədova daha sonra bildirib ki, son vaxtlar Mövsüm Səmədovun yanına gedən jurnalist Ramin Bayramov və partiya üzvlərinə onunla görüşmək icazəsi verməyiblər: “Qəzet problemi də həll olunmayıb. Ona heç bir qəzet verilmir”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarın 2-sində, Azərbaycan İslam Partiyasının iclasında, mövcud əliyevlər rejiminin qanunsuzluğunu kəskin məhkum edərək, yanvar ayının 8-də rejimin yol polisi tərəfindən qondarma ittihamlarla müvəqqəti həbs edilərək daha sonra növbəti qondarma ittihamlar ŞƏRLƏNƏRƏK 12 il müddətinə azadlıqdan məhrum edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır