19 aprel 2013 - 19:30
Tacikistan İslam Partiyasının müavini vəhşicəsinə döyüldü

Seyfullazadə: "Hait yaşadığı evin blokunda naməlum şəxslər tərəfindən döyülüb. Çoxlu qan itirib və ağır beyin travması alıb"

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Tacikistanın İslam İntibah Partiyasının (İİP) sədrinin müavini Məhəmmədəli Hait naməlum şəxslər tərəfindən döyülüb. 

Hazırda o, reanimasiya şöbəsində yatır. Bu haqda partiyanın mətbuat katibi Hikmətulla Seyfullazadə məlumat verib.

"Hait yaşadığı evin blokunda naməlum şəxslər tərəfindən döyülüb. Çoxlu qan itirib və ağır beyin travması alıb. Hal-hazırda reanimasiyadadı" - deyə Seyfullazadə bildirib.

Qeyd edək ki, İİP Tacikistanın ikinci ən böyük partiyasıdır və 50 minə yaxın üzvü var.

 Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır