Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Hacı Abgül Süleymanovun zindandan “Azadlıq”a göndərdiyi məktub onun növbəti dəfə cəzalanması ilə nəticələnib. A.Süleymanovun ruhani dostlarının “Azadlıq”a verdiyi məlumata görə, aprelin 13-dən onu “karsa” salıblar.
O, bir müddət əvvəl ayaqlarında və belində yaranmış ağrılarla əlaqədar müalicə alması üçün Pentensiar Xidmətin müalicə müəssisəsinə göndərilmişdi. Müalicə müəssisəsindən 13 saylı cəza çəkmə müəssisəsinə köçürüldüyü gün A.Süleymanov 15 günlüyə “karsa” salınıb.
İkiqat türmə həyatı
Bu, onun 13 saylı müəssisəyə köçürüldüyü vaxtdan bəri 3-cü “karsdır”. Aldığımız məlumata görə, A.Süleymanov hələ cəzəçəkmə müəssisində olduğu müddətdə ümumi məhkumların yanına buraxılmayıb. Hər dəfə onu müxtəlif bəhanələrlə dustaqlardan təcrid etmək üçün “karsa” salırlar.Yaxınları Hacı Abgülün Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülmə və orda həyatına sui-qəsd olunma təhlükəsindən narahatdırlar.
Yada salaq ki, A.Süleymanov “Azadlıq”a göndərdiyi məktubda ölkə vətəndaşların dinindən, əqidəsindən asılı olmayaraq zülmlə mübarizəyə çağırmışdı:” Ölkədə pozulmuş hüquqlarını tələb edən vətəndaşların ( islamçı, müxalifətçi, ticarətçi və ya fəhlə fərq etmir) qanunsuz həbslərinə son qoyulmasa, hicab qadağası həll olmasa, hicab məhbusları azad edilməsə bütün gücümüzlə seçkilərdə müxalifətlə çiyin çiyinə ölkəmizdə ədalətin bərpası uğurunda mübarizə aparacağıq.
Biz dinimizi, dövlətimizi xalqımızı sevirik. Bu keçirilən aksiyalar da hərəkatın gücünün cüzı bir hissəsidir”
Onun bu məktubundan sonra həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov da analoji müraciət yayımışdı və Abgül Süleymanovun rəşadətli mübarizəsini öyərək onun önündə təzim etdiyini bildirmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır