10 aprel 2013 - 19:30
ABŞ-ın Men ştatının parlamenti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıdı

Qətnamədə ABŞ prezidenti və Konqresinə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa çağırış yer alır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Xəbəri Ermənistanın “Armtoday.info” saytı yayıb.

Məlumata görə, qətnamədə deyilir ki, Dağlıq Qarabağ tarixi erməni torpağıdır, 1921-ci ildə diktator Stalinin əmri ilə Sovet Azərbaycanına verilib. Sənəddə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir, Dağlıq Qarabağın 1991-ci ildə müstəqilliyini elan etdiyi, indi onun demokratik dövlət olduğu vurğulanır.

Qətnamədə ABŞ prezidenti və Konqresinə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa çağırış yer alır.

Oxşar qətnamələr daha əvvəl Massaçusets və Rod-Aylend ştatlarında qəbul olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır