8 aprel 2013 - 19:30
Əllamə Şeyx Butinin sələfilər tərəfindən şəhid edildiyi videosu yayımlandı + Video

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Suriya Milli Televiziyası tərəfindən yayımlanan video görüntüdə, Böyük Sünni Alimi Əllamə Şeyx Ramazan Buti cənablarının sələfilər tərəfindən terror edilməsi aydın görükür. Üç həftə öncə, Əllamə Şeyx Ramazan Buti cənabları Dəməşqin “İmam Məscidində” xütbə edən zaman, sələfi yaraqlıları tərəfindən, qarşısında kiçik partlayış aktı həyata keçirilir. Partlayış nəticədə Əllamə Buti, cüzi xəsarət laraq sağ tərəfə yıxılır. Daha sonra, terrorçu sələfi ünsürlərindən bir nəfəri (çox güman edilir ki, terror aktın məhz həmin şəxs həyata keçirib) mərhum Əllamə Butiyə yaxınlaşaraq, başına zərbə endirib hadisə yerini tərk edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır