5 aprel 2013 - 19:30

Doktor Əsəd, Suriya dövlətinin hər bir cinayətkar addımlara qarşı olduğunu bildirərək deyib: “Türkiyə dövləti, bir başa Suriya xalqının qətl edilməsində rol oynayır... Türkiyə xalqı bizim dostumuzdur lakin Ərdoğan, iki xalq arasında savaş yaratmağa cəhd edir. Ərdoğan bütün bu işləri, əldən verdiyi abır-həyanı geriyə qaytarmaq naminə edir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Prezidenti, Doktor Bəşşar Əsəd cənabları, Türkiyənin Ulusal kanalı və Aydınlıq qəzetinə müsahibə verib.

Müsahibədə, bəzi qonşu dövlətlər (Türkiyə, Ərəbistan, İordaniya, Qətər və qondarma israil rejimi) tərəfindən Suriyanın bir neçə hissələrə bölünməsi layihəsinini ifşa edən Bəşşar Əsəd, bu işin təkcə Suriya xalqının deyil, ümumilikdə bütün qonşu dövlətlərin zərərinə olduğunu açıqlayıb.

Suriya Prezidenti Doktor Bəşşar Əsəd deyib:“Hammı yaxşı bilir ki, əgər Suriya br neçə qismətə bölünərsə, idarəçilik sistemi, mütləq yaraqlı ünsürlərin əlinə düşəcək. Daha sonra isə, böhran birbaşa artıq qonşu ölkələrə sirayət edəcək və sonra isə Yaxın Şərq ölkələrini bürüyəcəkdir”.

Bəşşar Əsəd cənabları, daha sonra harada yaşadığı ilə bağlı suala cavab verərək bildirib: “Mən sizin gözünüz qarşınızda, yer üzərində yaşayıram... Mənim ardımca çıxarılan şayeələr, Suriya xalqının ruhiyyəsində mənfi təsir qoymaq məqsədini güdür... Mən nə Rusiya gəmiləri üzərində yaşayıram, nə də ki, İran İslam Respublikasında. Mən burada, Suriyadayam, daim yaşadığım yerdə.”

O, daha sonra deyib: “Suriyada gedən müharibə vətəndaş müharibəsi deyil, bu xarici dövlətlərin Suriyaya qarşı apardığı müharibədir.”

Doktor Əsəd, Suriya dövlətinin hər bir cinayətkar addımlara qarşı olduğunu bildirərək deyib: “Türkiyə dövləti, bir başa Suriya xalqının qətl edilməsində rol oynayır... Türkiyə xalqı bizim dostumuzdur lakin Ərdoğan, iki xalq arasında savaş yaratmağa cəhd edir. Ərdoğan bütün bu işləri, əldən verdiyi abır-həyanı geriyə qaytarmaq naminə edir.”  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır