31 mart 2013 - 19:30

Bu gün Nərimanov rayonu məhkəməsində hicab məhbuslarının işinə baxılıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 2012-ci ilin oktyabr ayının 5-i Təhsil Nazirliyinin qarşısında keçirilən 3-cü "Hicaba azadlıq" aksiyasında saxlanılanlardan 8 nəfərin məhkəmə iclası keçirilib.

İslamazeri.az müxbirinin verdiyi xəbərə görə, prokuror hicab məhbusları Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, David Kərimov, Muraday Quluyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov və Anar Qasımlıya iş istəyib.

Dövlət ittihamçısı onlara 6-7 il arası iş istəyib.

Hakim Abbas Əliyev hicab məhbuslarına nə qədər iş verəcəyini isə 8 aprel tarixinə saxlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır