Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasında mövcud rejimin anti-İslam siyasətlərinin davamı olaraq, dindar kəsimə qarşı növbəti REPRESİYA DALĞASI başlanıb. Belə ki, Hacı tale Bağırov, dünən günorta saatlarından sonra müəmmalı şəkildə yoxa çıxıb.
Bu gün isə, Daxili İşlər Nazirliyinin saytında ilahiyyatçı Tale Bağırovun tutulması ilə bağlı rəsmi məlumat yayılıb.
Məlumatda deyilir ki, GÜYA Sabunçu Rayon Polis İdarəsinin “əməkdaşları”nın keçirdiyi “əməliyyat-axtarış tədbirləri” nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırovdan isə 1,026 qram heroin götürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır