Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Şənbə axşam təşkil edilən beynəlxalq konqresdə çıxış edən İran İslam Respublikasının Bəsic (səfərbərlik) Təşkilatı Başçısı General Məhəmməd Rza Nəqdi, Amerikanın İİR əleyhinə törətdiyi cinayətlərə işarə edərək, İran milləti əleyhinə törətdiyi cinayətləri ört-basdır etmək istəyən Amerikanın saxta diplomatik dialoqdan bəhs etdiyini bildirib.
Bəsic (səfərbərlik) Təşkilatı Başçısı General Nəqdi, Obamanın “iş” başına gəldiyi gündən bəri ölkəsinə verdiyi “dəyişiklik” sözünün heç birini yerinə yetirmədiyini bildirərək deyib: “ABŞ tarixinin ən münafiq prezidentin Obamadır. Yaddan çıxartmamalıyıq ki, nüvə məsələsində Türkiyə və Braziliyanın vasitəçilik cəhdinin məhz Amerika rəhbərliyi tərəfindən baltalanmışdır”.
İran İslam Respublikasının Bəsic (səfərbərlik) Təşkilatı Başçısı, Obamanın Novruz mesajınada işarə edərək, onun saxta olaraq Farsca danışdığını, lakin tətbiqdə isə İbranicə danışaraq yəhudi dili ilə davrandığını əlavə edib.
Dünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabı Rəhbəri İmam Xamenei tərəfindən Hicri Şəmsi tarixi ilə 1392 ilin Siyasi və İqtisadi inqilab ili olaraq adlandırılmasını xatırladan general Nəqdi, bu ildə yaşanacaq ən böyük siyasi inqilabda Amerikanın qurduğu saxta imperatorluğun məhv olacağını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır