Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Yaraqlı “əl-Nüsrə” terror qruplaşması, “Azad Suriya Ordusu” adlı silahlı yaraqlıların baş komandiri Riyazul Əsədin sui-qəsd məsuliyyətini rəsmən üzərinə götürüb.
əl-Qaidə terror qruplaşmasının Suriya qanadı olan “əl-Nüsrə” terror qruplaşması 26 mart 2013 tarixdə bəyanat yayımlayaraq, Riyazul Əsəd və onun cangüdənlərinin, məhz “əl-Nüsrə” cəbhəsi üzüvləri tərəfindən, terror edildiyini bildiriblər.
Qeyd edək ki, Qətər və Səudi Ərəbistan tərəfindən maddi və mənəvi dətəklər alan “əl-Nüsrə” terror qruplaşması, “Azad Suriya Ordusu” adlı silahlı yaraqlıları və onların baş komandiri Riyazul Əsədi, ABŞ, Qərb və Türkiyəyə muzdurluq etməkdə günahlandırıblar!!!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır