24 mart 2013 - 19:30

Az öncə yayılan bəzi məlumatlarda isə, Riyazul Əsədin yerindəcə keçindiyi, digər məlumatlarda isə, onun dağılmış leşini Türkiyəyə müalicəyə apardıqları zaman yolda keçindiyi söylənilib...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “Azad Suriya Ordusun” adlı terror qruplaşmasının koordinatoru “Sədul Uqeydi” bildiriş yayımlayıb. Bildirişdə, “Azad Suriya Ordusu” adlı terror qruplaşmasının komandiri Riyazul Əsədin terror edildiyi bildirilir.

“Sədul Uqeydi” yayımladığı bildirişdə, terror hadisəsinin Hələb əyalətinin Şərqində yerləşən “Dəyruz Zur” rayonun əl-Məyadin şəhərində baş veribiyini söyləyib.

Məlumata görə, Riyazul Əsədin maşını hərəkət edərkən qəflətən partlayıb... Azad Suriya Ordusu” adlı terror qruplaşmasının bəzi rəsmiləri isə, bombanın qırağdan naməlum şəxs tərəfindən, maşının daxilinə tullaması nəticəsində terror hadisəsinin baş verdiyini iddia edirlər...

Hadisə zamanı, terroristlərin baş komandiri Riyazul Əsədin tamam cangüdənləri məhv olub. Riyazul Əsədin isə ağır yaralandığı bildirilir...

Az öncə yayılan bəzi məlumatlarda isə, Riyazul Əsədin yerindəcə keçindiyi, digər məlumatlarda isə, onun dağılmış leşini Türkiyəyə müalicəyə apardıqları zaman yolda keçindiyi söylənilib...

Qeyd edək ki, maşınlara bomba qoyaraq partladmaq, əl-Qaidə terror təşkilatı və onun Suriya qanadı olan əl-Nüsrə cinayətkar qruplaşmasının taktikasıdır. Bu səbədən də, bəzi təhlilçilərin nəzərinə görə, Riyazul Əsədin maşınının partladılması məhz əl-Nüsrə terror qruplaşmasının işidir. Çünki, əl-Nüsrə qruplaşması ilə Riyazul Əsəd arasında artıq iki ildir ki, Suriyalılardan ələ keçirilən qənimətlərin bölünməsi üstündə dartışmalar gedir, hətta bu dartışmalar dəfələrlə silahlı qarşıdurmaya da səbəb olub.

Aşağıdakı şəkillərdə, cinayətkar terror qruplaşmasının komandiri Riyazul Əsədin partladığı maşın göstərilir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır