Daha bezdirdin milləti,
ərşə qaldırdın zilləti.
Dağtdın neçə külfəti
Qəlbimə gəldi bir nida!
İlham sən kimsən?
Əlvida!
Qəlblərə nifrət qaladın,
Yurdu dağtdın taladın,
Müxənnətdir əsl adın,
Etdin şeytana iqtida,
İlham sən kimsən?
Əlvida!
Təzək üstə vurma bəzək
Deyirsən talışı əzək?
Başıvı əzər daş-kəsək,
Yetişib daha son vida.
İlham sən kimsən?
Əlvida!
Azərbaycan cana doydu,
Quldurların onu soydu,
Qarabağı yetim qoydun,
Qənim olsun sənə Xuda.
İlham sən kimsən?
Əlvida!
Dəyişməyir heç əhvalın,
Xalqı etdin ayaq yalın,
Gəl həya et gönü qalın,
Bu milləti didə-didə.
İlham sən kimsən?
Əlvida!
İblis hökmən xar olacaq,
Sonu ahu-zar olacağ,
Cəhənnəmə yar olacaq,
Sənə qənimdir əhlixuda.
İlham sən kimsən?
Əlvida!
Əlyar Vəliyev / facebook
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır