Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu, Dəməşq ətrafındakı Ədra məntəqəsində azğın terrorçu qruplaşmalarına qəflətən hucuma keçib.
əl-Qaidə terror təşkilatının Suriya qanadı olan əl-Nüsrə yaraqlılarının toplantısından xəbərdar olan Suriya Milli Ordusu çevik tərpənərək, terrorçuları Ədra məntəqəsində mühasirəyə almış və yaraqlılara aid ДШК ilə təchiz edilmiş iki furqon maşını darmadağın edərək, terrorçuların komandirlərini yerindəcə gəbərtmişdir.
Həmçinin Suriya Milli Ordusunun Rif rayonun Cobər məntəqəsində terrorçulara qarşı təşkil etdiki Təmizlənmə Əməliyyatlarında xeyli sayda yaraqlı məhv edilmişdir.
Homsadn verilən xəbərə görə isə, Homs şəhərindən kənarda yerləşən “əl-Zibə” Hava Limanına basqın edərək, aeroportu ələ keçirtməyə çalışan terorrçular, Suriya Milli Ordusu ilə qarşılaşdıqda ağır itkilər verərək geri qaçdıqları zaman darmadağın edilmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır