18 mart 2013 - 20:30

Ali Səud rejiminin təhlükəsizlik qüvvələri həmçinin vəhşicəsinə bir neçə yaşayış mənzillərinə hücum çəkərək, ev əşyalarını dağıdıb, bir neçə inistut müəllimi, həkim və Dini Alimləri də heç bir əsas olmadan həbs ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən vəhabi Ali Səud rejiminin təhlükəsizlik qüvvələri, Məkkə və Cəddə şəhərlərində, Şeyx Bədr Ali Talib və Şeyx Muhəmmədul Ətiyyə adlı iki ufuzlu Şiə Ruhanisin həbs edib.

Ali Səud rejiminin təhlükəsizlik qüvvələri həmçinin vəhşicəsinə bir neçə yaşayış mənzillərinə hücum çəkərək, ev əşyalarını dağıdıb, bir neçə inistut müəllimi, həkim və Dini Alimləri də heç bir əsas olmadan həbs ediblər.

Həbs olunanların adlırı bunlardır:

İbrahim, Hüseyn əl-Həmidi, Doktor Əbbasul İbad, Doktor Əliyyul Haci, Riyaz Universiteti Müəllimi Ustaz Əhmədun Nasir.

Xatırladaq ki, Human Rights Watch təşkilatının 2012 ci il üçün verdiyi məruzədə təkidlə bildirilir: “Rəsmi Riyaz, yüzlərlə günahsız insanı nümayişlərdə iştirak etdikləri üçün həbs edib. Həmçinin ölkədə fəaliyət göstərən çoxlu sayda siyasi və ictimai insanları dini və siyasi görnüşlərinə görə, cəza çəkmə müəssisələrinə salaraq azadlıqdan məhrum edib”.

Qeyd edək ki, Ərəbistanda hakim kəsilən səud sülaləsi Şiələrə qarşı amansız siyasətlərini aparmaqda davam edir, BMT isə bu günə kimi nahaqq yerə qətlə yetirilmiş və ya həbs olunan günahsız insanların hesabatın Ali Səuddan tələb etmir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır