Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “Amnesty İnternational” təşkilatı Suriyadakı ölüm halları ilə bağlı hesabat yayımlayıb.
Hesabatda qeyd olunur ki, suriyalı üsyançılar əsir götürdükləri hökumət əsgərlərinə, casusluqda şübhələndikləri şəxslərə, hökumətə sadiq şəxslərə, və oğurladıqları şəxslərə qarşı müxtəlif növ zorakılıqlar və işgəncələr tətbiq ediblər.
İki müxtəlif hesabatda hökumət qüvvələri və üsyançılar barəsində məlumatlar yer alıb.
Hesabatda qeyd olunur ki, üsyançılar yeni məntəqələri ələ keçirdikcə insanlara qarşı törətdikləri şiddətlərin sayı da artıb: “Tam cəzasızlıq şəraitinin hökm sürdüyü bir vəziyyətdə silahlı üsyançılar çəkinmədən insanları öldürürlər, yeni-yeni kəndlər, şəhərlər onların nəzarətinə keçdikcə törətdikləri qırğınların sayı da artır.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır