11 mart 2013 - 20:30

Nəticədə, vəliyyi-fəqih gərək bütün işlərdə Məsum İmamın (əleyhissalam), imamət və ancaq məsum İmama məxsus olan məqamlarını çıxmaq şərti ilə, vəzifələrini icra etməlidir. Bununla da, İslam qanunlarını cəmiyyətdə icra edə bilsin, əks halda bu sistemlər qurulmasa düşmənlər İslamın və islami hökumətin ayaq üstə durmasına imkan verməzlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bilirik ki, İslam dini sonuncu dindir, İslamın əhkamı və qanunları pərvərdigarın müqəddəs zatı tərəfindən qoyulmuş son qanunlardır, xatəmul-ənbiyadan (sallahu ələhyi və alihi və səlləm) sonra peyğəmbər gəlməyəcək və bu kitab qiyamət gününədək qanunlar kitabı, peyğəmbərin Əhli-beyti (ələyhissalam) isə onu aydınlaşdıran olmalıdır.

Həmçinin məlumdur ki, Muhəmmməd (sallahu ələyhi və alihi və səlləm) umməti Həzrət Höccət və Haqq Məsumun dövründə hətta onların zindanda ya sürgündə olmalarına baxmayaraq, öz vəzifələrini çox çətinliklərə sinə gərməklə də olsa ələ gətirirdi. Ancaq söhbət Həzrət Höccətin qeybəte –kubra (böyük qeybət) vaxtından gedir ki, bu zaman üçün üç haldan artıq hal təsəvvür etmək mümkün deyil.

1-Allahın kitabını və dini qanunları boşlayaq.

2- (Din) özbaşına qalsın, yəni özü özünü ifa etmək vəzifəsini icra etsin.

3-Yaxud, himayəçiyə və aydınlaşdıran bir hakimə ehtiyac var ki, bu da həmin vəliyyi əmr, ya da hər şəraiti özündə cəm edən müctəhiddir.

Birinci təsəvvür əqli və nəqli cəhətdən batildir. Çünki İslam dini sonuncu ayinlər məcmusudur və bəşər nəslinin sonuna kimi hidayətçi və ümmətin ayini olaraq qalmalıdır.

İkinci təsəvvür də batildir. Çünki qanun öz-özünə icra oluna bilməz. Şəxsə, yaxud şəxslərə ehtiyaclıdır ki, onu hifz və icra etsinlər.

Çarəmiz yoxdur ki, üçüncü fərzi qəbul edək və deyək ki, müsəlman cəmiyyətini gərək vəliyyi-əmr hərtərəfli olaraq idarə etsin.

Digər tərəfdən məlumdur ki, cəmiyyət müxtəlif qurumlara, o cümlədən ordu, təhsil, hüquqi və s. ehtiyacı var. Ona görə vəliyyi fəqih bütün maddi və mənəvi işlərdə aydınlaşdıran, şərh verən, yolgöstərən və çətinlikləri həll edən olmalıdır.

Nəticədə, vəliyyi-fəqih gərək bütün işlərdə Məsum İmamın (əleyhissalam), imamət və ancaq məsum İmama məxsus olan məqamlarını çıxmaq şərti ilə, vəzifələrini icra etməlidir. Bununla da, İslam qanunlarını cəmiyyətdə icra edə bilsin, əks halda bu sistemlər qurulmasa düşmənlər İslamın və islami hökumətin ayaq üstə durmasına imkan verməzlər. Digər dəlil isə budur ki, heç bir ölkə və cəmiyyətin ömrü hərc-mərcliklə uzun sürə bilməz. Buna görə də gərək qanun, hakim və hökumət orda idarəçilik etsin. Əgər tağut (dinsiz, zalım) hakim olsa müqəddəs İslam dini aradan gedər və bu, fərz etdiklərimizin əksinədir, çünki əql və nəqlə əsasən dedik ki, İslam dini qiyamət gününə kimi qalmalıdır.

"və mən yəbtəği ğəyrəl-islami dinən fələn yuqbələ minhu" –yəni, İslamdan başqa özünə din istəyəndən heç vaxt qəbul olmaz.

 

Orxan Məmmədov

Mənbə: Sizdən suallar, Ayətullah Behcətdən cavablar

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır