11 mart 2013 - 20:30

İran İslam Respublikasının cənub ərazilərinin şəklini çəkmək və məlumat toplamaq üçün gəldiyi ehtimal olunan təyyarə, xəbərdarlıq edildikdən sonra geri qayıdıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Hava Qüvvələri Komandanı general Fərzad İsmaili açıqlama verib: “İran İslam Respublikasının hava sərhədlərini pozmağa çalışan Amerikaya məxsus kəşfiyyat təyyarəsi, sərt xəbərdarlıqdan sonra geri qayıdıb.”

General bildirib ki, İran İslam Respublikasının hava müdafiəsi sisteminin radarları, ötən ayın 10-da ölkənin hava məkanına daxil olmağa çalışan “The US U2” tipli kəşfiyyat təyyarəsini müəyyən edib.

İran İslam Respublikasının cənub ərazilərinin şəklini çəkmək və məlumat toplamaq üçün gəldiyi ehtimal olunan təyyarə, xəbərdarlıq edildikdən sonra geri qayıdıb.

Təyyarə Pakistanın cənub-qərbindən, Oman dənizinin şərq tərəfindən İİR ərazisinə doğru uçmağa cəhd edib.

Amerikaya məxsus “The US U2” tipli kəşfiyyat təyyarəsi ən son texniki nailiyyətlər əsasında hazırlanmış dünyanın ən qabaqcıl kəşfiyyat təyyarəsidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır