Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən BMT Uşaq Fondu Uşaqların həbs və təcavüz ilə bağlı Bildiriş yayımlayıb. Bildirişdə Fələstin torpaqların işğal etmiş sionist israil rejiminin fələstinli körpələrə qarşı təcavüzündən yazaraq bildirir: “israil hər il 11-17 yaşlar arasında olan 700 fələstinli uşaqları həbs edərək onlara təcavüz edir”.
Bəyanatın davamında işğalçı yəhudi rejiminin anti-bəşər rəftarlarına işarə edilərək deyilir: “sionist əskərləri, gecə yarısı fələstinlilərin evlərinə tökülüşərək, bu uşaqları çox təsüfləndirici bir vəziyyətdə həbs edirlər.”
BMT Uşaq Fondu daha sonra yəhudilərin vandallığın qınayaraq yazır: “Ötən 10 il ərzində sionist rejimi azı 10 min fələstinli uşaqları həbs edərək onlara qarşı təcavüz etmişdir”.
Xatırladaq ki, BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF - United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. Baş Məclis 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir:
-uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -inkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.
1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümümdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq etdi. Bu məqsədlə 1990-cı ildə Ümumdünya görüşü çağırıldı.
UNİCEF "Uşaq Hüquqları haqqında" Konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir, cari və perspektiv BMT proqramlarına uyğun olaraq fəaliyyət göstərir.
Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaş çalışır. Bunların 84% bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir.
UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf olunur.
Fondun başlıca mətbu orqanıları "Dünyada uşaqların vəziyyəti" və "Millətin inkişafı" jurnallarıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır