1 mart 2013 - 20:30

Məscidin yerindən oyun meydançası kimi istifadə olunacağı nəzərdə tutulub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasının Zaqatala rayonu, Faldarlı kəndində 300 illik Məscidin sökülməsinə qəra verib.

Verilən məlumata görə, Zaqatala rayonunun Faldarlı kəndinin zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş orta məktəbinin yerində yeni korpus tikiləndən sonra əraziyə bitişik Məscidin də sökülərək oyun meydançası kimi istifadə olunmasına qərar verilib. Kənd sakinləri isə bu qərardan hiddətləniblər və müvafiq orqanlara etirazlarını bildiriblər.

Onlar deyirlər ki, 300 ildən çox yaşı olan və zəlzələdən də qəzasız vəziyyətdə çıxan, heç bir bərkitmə və möhkəmləndirmə tədbirinə ehtiyac duyulmayan bu Məscid Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısındadır və bu qurum tərəfindən inventarlaşdırılıb. 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır