Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 1992-ci ilin bu günündə ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədib. Hər il olduğu kimi bu gün də səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Xocalı» abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.
Azərbaycan İslam Partiyasının rəhbərliyi çoxsaylı üzvləri ilə birgə «Xocalı» abidəsi istiqamətində hərəkət etmişlər. Yürüş “Allahu Əkbər!”, “İslamçılar oyaqdı, Vətəninə dayaqdır!”, “İşğal olunmuş torpaqlar azad olunsun!” kimi şüarlar səsləndirmişlər.
«Xocalı» abidəsi qarşısında dualar edən partiya rəhbərliyi Xocalıda axan nahaq qanların yerdə qalmayacaqlarına and içmiş və işğal olunmuş digər torpaqlarımızın tezliklə azad olunmasını diləmişlər.
Sonda Azərbaycan İslam Partiyası rəhbərliyi, üzvləri və təəssübkeşləri abidə qarşısına tər qərənfillər düzmüşlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır