25 fevral 2013 - 20:30

Masallının İskəndərli qəsəbəsində yerləşən Həzrəti Əli (ə) məscidinin qazın kəsiblər

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Masallı Qaz İstismar idarəsinin rəisi Sehran Şahverdiyev keçmiş rəisin borclarını istifadəçilərin arasında bölüşərək, hər ailəyə müəyyən qədər ortaq məbləğdə paylamışdı, cərimə kağızını verib. Lakin, Masallı camaatı bu qanunsuzluqla bağlı bir çox qurumlara etirazlar edib. Təəssüf ki, yüksək qurumlar tərəfindən bu etirazlara baxılmayıb.

Hal-hazırda rayon camaatını narahat edən qanunsuzluqlardan biri də, qış ayları olmasına baxmayaraq qaz idarəsinin istifadəçilərin qazını heç bir sorğu göndərmədən kəsməsidir.

İdarənin işçiləri, ”bildirişi-xəbərdarlıq” kağızını verən gündən qısa müddət sonra ödəniş edilmədiyi halda qazı kəsirlər. İstifadəçiyə isə bu haqda heç bir məlumat verilmir. Rayon əhalisini qəzəbləndirən ən mühüm hadisə isə fevral ayında, qaz idarəsinin məscidlərə qarşı yönəlmiş addımıdır.

Masallı İskəndərli qəsəbəsində yerləşən Həzəti Əli (ə) məscidində qazın kəsilməsi ibadət edənlərin narazılığına səbəb olub.

İdarə rəsmiləri səbəb kimi məscidin borcunun olmasını bildirirlər. Məscidin ərazisi Masallı şəhər bələdiyyəsinin nəzarətində olduğu üçün, elə borcuda Masallı şəhər bələdiyyəsi öz büdcəsindən verməlidir. Hal-hazırda məscidin dindarları namaz qılmaq üçün məscidə getməyə çətinlik çəkirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır