Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Miyanma büdpərəst rejimin vəhşiliklərindən baş götürüb ətraf ölkələrə pənahəndə olan, Ruhinqa Müsəlmanları, 25 gün dənizdə sərgərdan qalaraq, aclıqdan və susuzluqdan dünyaların dəyişiblər.
Ötən həftə Sirilanka sahillərinə özlərini çatdıra bilən 33 Ruhinqalı Müsəlman bildirib: “Biz, bir qayıqa minərək, Malaziyadan Taylanda doğru hərəkət etdiyimiz an dəryada Tayland dəniz qoşunları tərəfindən təqiblərə məruz qaldıq.”
Nicat tapmış Ruhinqa Msəlmanları dənizdə 25 gün ac və susuz qaldıqlarına işarə edərək, sonda Şri Lanka sahillərinin 250 mayl aralığında, Şri Lanka Dəniz Donamaçılarının köməkliyi ilə ölümdən xilas olaraq sahilə çatdlrılmışlar.
Şri Lanka rəsmiləri hümanist addım ataraq, Ruhinqalı Müsəlman qaçqınları Paytaxt yaxınlığındakı Kəlimbu şəhərindəki pənahəndələr düşərgəsində yerləşdiriblər.
Xatırladaq ki, BMT-nin Pənahəndələr üzrə Ali Komissarlığı, Miyanmada Ruhinqa Müsəlmanların kütləvi qırğınlarından narahatlıq hisslərinin keçirtdiklərini bildirsə də lakin Myanma dövlətinə qarşı əməli bir addım atmamışdır. Myanma bütpərəst dövləti heç bir yolla Ruhinqa Müsəlmanlarını rəsmi vətəndaş kimi tanımağa razı deyildir. Myanma bütpərəst dövləti iddia edir ki, ölkədə yaşayan 800.000 Müsəlman, qeyri qanunidir və Banqladeşdən Myanmaya qeyriqanuni kələrək pənahəndə olmuşlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır