21 fevral 2013 - 20:30

Allah biz müsəlmanları qiyamətdə o şəxslərdən ayrı salmasın!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünən İmam Museyi Kazımın (ə) qızı, səkkizinci İmam Rzanın (ə) bacısı Həzrət Məsumənin (ə) şəhadə günü münasibəti ilə zindandakı möminlər baş sağlığı verib.

Xeber44.com-a verilən xəbərə görə, zindanda olan ruhanilər Hacı Abgül Suleymanov, Hacı İlham Əliyev, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov, Bülbülə ağsaqqalı Hacı Mövsüm Novruzov, "Xeber44.com"un təsisçisi Araz Quliyev, "Azadxeber.az"ın baş redaktoru Hacı Nicat Əliyev, AİP funksioneri Elmar Səmədov, fəal dindar Ağaəli Yəhyayev və digər məhbuslar Azərbaycanın müsəlman xalqını Xanım Məsumənin (ə) şəhadəti münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla, bütün müsəlmanlara başsağlığı verir:

"Əvvəla İmam Zaman (ə.f) və onun naiblərini, sonra dünya müsəlmanlarını Xanım Məsumənin (ə) şəhadəti münasibəti ilə baş sağlığı veririk. Bu günləri də bizlər əza saxlayır və Zamanın Sahibinə (ə.f) təsliyyət ərz edirik.Allah biz müsəlmanları qiyamətdə o şəxslərdən ayrı salmasın. Siz əzizlərə də bir daha başsağlığı verir və Allahdan o Həzrətlərin şəfaət və ziyarətini hamımıza nəsib etməsini arzu edirik".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır