Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün 17 Fevral 2013 tarix, günortadan öncə, Bağdad növbəti terror aktı ilə üzləşib.
Terror hadisəsi zamanı, 52 günahsız Şiə şəhid edilərək 78-dən artıq insan isə müxtəlif ağır dərəcəli bədən xəsarətləri alaraq, Paytaxt xəstəxanalarında yerləşdiriliblər.
Hadisə yeri dərhal İraq Təhlükəsizlik alayları tərəfindən mühasirəyə alınaraq, cinayətin səbəbkarlarının axtarışına başlanıb. Bölgəyə təcili yardım maşınları gətizdirilib.
Aldığımız məlumata görə, baş vermiş terror hadisəsi, Bağdadın “Sədr” şəhərciyinin “əl-Əmin”, “əl-Həbibə” və “əl-Qahirə” məntəqələrində Şiələrin kompakt yaşadığı məhəllələrdə, sələfi yaraqlıları tərəfindən Sünni-Şiə davasın salmaqdan ötrü törədilib.
Qeyd edək ki, terror aktı, bomba qurğuları ilə quraşdırılmış 13 minik maşınlarının müxtəlif məntəqələrdə (Sədr və əl-Kəradə məntəqələrində) partladılması ilə həyata keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır