8 fevral 2013 - 20:30

Libyalı bomba mütəxəssisi Əbdür Rəhman Makdiyə və onu müşayiət edən 15 silahlı Dəməşq çölündə, Suriya Təhlükəsizlik Qüvvələriy ilə daxil olduqları qarşıdurmada öldürüldü.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya Təhlükəsizlik Qüvvələrinin axtarış siyahısında adı olan, "məşhur bombaçı terrorist" kimi xarakterizə edilən Libyalı Əbdür Rəhman Makdiyə və onu müşayiət edən 15 silahlı Dəməşqin Huceyrə bölgəsində Suriya Milli Ordusu ilə daxil olduqları qarşıdurmada öldürülüb.

Öldürülənlər arasında adı Suriya Təhlükəsizlik Qüvvələri tərəfindən axtarılanlar siyahısında olan Əbu Hüseyn əl-Colani-nin də olduğu bildirilir.

Digər tərəfdən Dəməşqdəki qaynaqlarımızın verdikləri xəbərə görə əvvəlki gün Dəməşqin kənar səmtlərindən ağır bir hücuma keçən silahlı qruplarla Suriya Təhlükəsizlik Qüvvələri arasında yaşanan qarşıdurmalarda minə yaxın silahlı məhv edilib.

Dünən günortadan sonra Kabun, Cobar, Teşrin və Ruknuddin məntəqələrində şiddətli qarşıdurmaların yaşandığını ifadə edən qaynaqların bildirdiyinə görə, Suriya Milli Ordusu silahlı qrupların mövqelərini axşam saatlarına qədər dayanmadan bombalamışdır.

Silahlı qruplar tərəfindən bir müddətdir Dəməşq mərkəzinə hücum etmək üçün Ərbin, Zəməlqə və xüsusilə də Cobar-da yığıncaq təşkil etdiyini bildirən qaynaqlar, Suriya Milli Ordusunun çevik addım ataraq, erkən əməliyyat etməsi səbəbiylə yaraqlı dəstələrin ağır itkilər verdiyini ancaq qarşıdurmaların bir neçə gün daha davam edə biləcəyini qeyd ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır