Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Əvvəl Bağdadın Qədimiyə adlı Şiə məhəlləsindəki bazarda terror aktı qeydə alınıb. Ardıcıl olaraq iki bomba yüklü maşın alver edən kütlənin yaxınlığında patlatılıb. Baş verəna ilk partlamalarda 17 insan şəhid, 45 insan isə yaralanıb.
Növbəti terror aktı isə Bağdadın 100 kilometr cənubunda, yenə Şiə əhalisinin kompakt yaşadığı Hillə şəhərində yerləşən bazarda qeydə alınıb. Belə ki, sələfi terrorçuları iki bomba yüklü maşını bazar daxilində partladaraq xeyli sayda insan həyatına son qoymuşlar. Bu hücum nəticəsində 14 insan şəhid edilmiş, 26 nəfər isə yaralanmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır