2 fevral 2013 - 20:30

Qeyd edək ki, terror hadisəsi, partlayıcı maddələr ilə quraşdırılmış maşının Polis Şöbəsi qarşısında partladılması ilə törədilmişdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq Respublikasının Daxili İşlər Nazirliyi bu gün 3 fevral 2013 tarixdə, ölkədə böyük terror hadisəsinin baş verdiyin elan edib.

İraq Respublikasının Daxili İşlər Nazirliyinin verdiyi bəyanatda deyilir: “Kərkük əyaləti, “Muhakim” Bazar Məntəqəsində yerləşən Polis Şöbəsi qarşısında terror aktı baş verib. Partlayış zamanı mülki avadanlıqlar külli miqdarda xəsarət alaraq 30 nəfər həlak olmuş 70 insan isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Həlak olanların sayı artmaqda davam edir.”

Qeyd edək ki, terror hadisəsi, partlayıcı maddələr ilə quraşdırılmış maşının Polis Şöbəsi qarşısında partladılması ilə törədilmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır