1 fevral 2013 - 20:30

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Ramil Bayram oğlu Axundovun əlində qumbara fitili partlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Ordusunun giziri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev SalamNews-a bildirib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Ramil Bayram oğlu Axundovun əlində qumbara fitili partlayıb. Nəticədə, o, müxtəlif dərəcəli xəsarətlərlə hospitala yerləşdirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır