23 yanvar 2013 - 20:30

"İnanıram ki, Azərbaycanda öz baxışlarına görə həbs olunan adamlar var və bu, yalnız Avropa Şurasını yox, Avropa Birliyini də narahat edən məsələdir...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda öz baxışlarına görə həbs olunanlar var". Bunu Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluğu Siyasəti üzrə nümayəndəsi Stephan Fule "Azadliq" radiosunun sualına cavabında bildirib.

"İnanıram ki, Azərbaycanda öz baxışlarına görə həbs olunan adamlar var və bu, yalnız Avropa Şurasını yox, Avropa Birliyini də narahat edən məsələdir. Bu, Azərbaycan hakimiyyəti ilə işlədiyimiz bir sıra sahələrdən biri olsa da, narahatlıq doğuran əsas sahədir.

Əməkdaşlığımızın inkişaf etdirilməsinin əsas yolu, əlbəttə böyük mənada Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin və bu öhdəlikləri təmin edəcək qanunların qəbul edilməsindən, Azərbaycan hakimiyyətinin müxalifətlə davranışından, ifadə azadlığına, fərqli baxışlara olan münasibətindən asılıdır", - deyə o qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır