21 yanvar 2013 - 20:30

Regional və beynəlxalq bir savaşın içərisində olduqlarını vurğulayan Əsəd, bunların sona çatması üçün zamana ehtiyaclarının olduğunu da qeyd edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya prezidenti Bəşər Əsəd xarici jurnalistlərə müsahibəsində bildirib ki, Suriyada baş verənlər “ərəb baharı” deyil, “terror qışının burulğanı”dır.

Türkiyəni yenə də terrora dəstək verməkdə ittiham edən Əsəd, Suriyada axan qanlara görə Türkiyənin də təqsirli olduğunu bildirib. Regional və beynəlxalq bir savaşın içərisində olduqlarını vurğulayan Əsəd, bunların sona çatması üçün zamana ehtiyaclarının olduğunu da qeyd edib.

“Hər kəs Suriyada baş verənlərin həftələr, günlər, saatlar içərisində sona çatmasını istəyir. Lakin, quru sözlər keçərli deyil. Biz beynəlxalq savaşın içərisindəyik. Biz xalq ilə əlaqələrimizi qoruyub saxlamaq istəyirik. Çünki, hökumətlər keçici, xalqlar isə qalıcıdır”, - deyə Əsəd əlavə edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır