20 yanvar 2013 - 20:30

İran İslam Respublikası, İslam İnqilabının qələbəsi ilə əlaqədar keçirilən “Fəcr 10 günlüyü”ndə, kosmosa “Meymun” göndərmək niyyətindədir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən imeriyalist ölkələrin istəklərinə uyğun olmasa da son illər ərzində, İran İslam Respublikasının kosmos sahəsində ardıcıl uğurlar əldə etməsi, bir daha bəşərin bəşəriyyətə deyil, məhz İlahi dinin Bəşəriyyətə hakim olub, ona fərdi, ictimai, siyasi və iqtisadi sahələrdə doğru yol gəstərməsini sübut etdi.  Amerikanın tanınmış xəbər agentliklərindən biri “Huffington Post”, İran İslam Respublikasının kosmos sahəsində əldə etdiyi uğrlardan yazıb.  “Huffington Post” İran İslam Respublikasının, İslam İnqilabının qələbəsi ilə əlaqədar hər il keçirilən “Fəcr 10 günlüyü”ndə, kosmosa “Meymun” göndərmək niyyətində olduğuna işarə edərək bildirib: “Son illər ərzində İran İslam Respublikası kosmos və aerokosmik sahələrdə inanılmaz nailiyyətlər əldə etmişdir. Bu ölkə, 2009-cu ildə, ilk dəfə olaraq öz daxili istehsalı olan peyki fəzaya göndərmişdir...”    Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır