20 yanvar 2013 - 20:30

Daily Star qəzeti Doktor Vilayətiyə istinadla: “Əgər Suriya prezidenti Bəşşar Əsəd hakimiyyətdən kənarlaşdırılarsa, sionizim qarşısında yaranan müqavimət xətti zəifləşər”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Doktor Əli Vilayətinin Suriya barəsində verdiyi açıqlamalar dünya mətbuatında əks səda doğurub.  Daily Star qəzeti Doktor Vilayətinin Suriya və Bəşşar Əsəd barəsində verdiyi açıqlamaya toxunaraq Suriyanın xüsusi ilə də Bəşşar Əsəd hakimiyyətinin İran İslam Respublikası üçün önəmli olduğun bildirib.  İngiltərənin məşhur qəzeti Daily Star Doktor Vilayətinin çıxışına istinadla yazıb: “Əgər Suriya prezidenti Bəşşar Əsəd hakimiyyətdən kənarlaşdırılarsa, sionizim qarşısında yaranan müqavimət xətti zəifləşər. Bəşşar Əsəd İran İslam Respublikasının Suriyadakı Qırmızı Xəttidir...”  Reuters Xəbər Agentliki də Doktor Vilayətinin çıxışına xüsusi önəm verərək bildirib: “İran İslam Respublikası möhkəm mesaj verərək elan edib ki, Suriya Prezidenti Bəşşar Əsədin taleyi, İran İslam Respublikasının Qırmızı Xəttidir...”     Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır