Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İçərişəhər “Cümə” məscidinin dini icması “20 Yanvar – qan yaddaşımız” mövzusunda seminar keçirmişdir. Seminarın moderatoru Hacı İbrahim tədbiri açıq elan etdi. Ardınca Məşhədi İlqar Qurani-Kərimdən ayələr tilavət etdi. Quran tilavətindən sonra Hacı İbrahim kiçik muqəddimə ilə 20 Yanvar xalq hərəkatı haqqında məlumat verdi. Sovet rəhbərliyinin cinayətləri və o zaman Azərbaycanın daxili və xarici siyasətində bas vermiş cərayanlar haqqında danısdı. Azərbaycanın həmin günlərdə təkləndiyini, İmperiya rəhbərliyinin, xarici dəstəklə vətənimizə qarşı cinayət törətdiklərni xatırlatdı. Qorbacovun Azərbaycana qarşı apardığı siyasəti pislədi.
İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu çıxışında qeyd etdi ki, belə tədbirlərin böyük əhəmiyyəti vardır. Bu məsələlər geniş yaşadılmalıdır. 20 yanvarda toplumda şəhid sözü bərpa edildi. 20 Yanvar şəhidləri mərsiyələrlə, növhələrlə, rövzələrlə yad edildi. İmam-camaat, o zaman xalqımızın milli-mənəvi dəyərlərinin intibahını yaşamasını qeyd etdi. Bu tarixi unutdurmaq istəyənlərin niyyətlərini təhlil etdi, xatirəni yaşatmağın hər birimizin üzərində vəzifə olmasına diqqət çəkdi.
Çıxış ücün söz Kərbəlayi Elxana verildi. Çıxışçı Rus imperiyasının tarix boyu Azəbaycan xalqına qarşı apardıqları repressiyaları xatırlatdı. 20 yanvar günlərində proseslərin xronologiyasını xatırlatdı. Azərbaycanın informasiya blokasında olduğuna diqqət çəkdi.
Sonra Hacı Şahinə söz verildi. Həmin günlərdə şahidi olduğu hadisələri xatırladı. Və sonra 20 yanvar hadisələrinin xalq hərəkatında baş verən siyasi və ictimai cərəyanlar haqda danışdı.
Söz alan Hacı İbrahim Allahverdiyev o zaman Sovetlər İttifaqının müxtəlif regionlarında yer azadlıq hərəkatının tarixi haqqında danışdı. Çıxışçı qeyd etdi ki, 20 yanvardan sonra beynəlxalq ictimaiyyətdə fikirlər müəyyən dərəcədə dəyişdi. Ermənilərin və Qorbacovun cinayətkar mahiyyətləri ifşa edildi.
Daha sonra çıxış edən Məşhədi İlqar, şəhid verən toplumumuzun dinə gəlişi fenomenini təhlil etdi.
Sonra çıxış edən Məşhədi Xosrov, şəhidləri anmağın fəlsəfəsindən söz açdı. Çıxışçı qeyd etdi ki, bir filosofun təbirincə desək, cisimlər və canlılar hamısı bir-birləri ilə şərikdir. Bu baxımdan, bizim də şəhidlərlə şərik olduğumuzu dedi. Məşhədi Xosrov 20 Yanvardan sonra toplumda bərqərar olan vəhdət halətindən danışdı.
Söz alan Kərbalayi Əli qeyd etdi ki, xalqımızı qanına qəltan etsələr də, ruhiyyəsini öldürə bilmədilər. 20 Yanvar şəhidləri öz qanları ilə silaha, gülləyə qalib gəldilər.
Son sözündə Hacı İbrahim şəhidlərin diri olması barədə fikir bildirdi. Qurandan ayələr - “Ali-İmran” surəsinin 169-170-cu ayələri oxundu.
Tədbir, “Fərəc” duasının oxunması ilə yekunlaşdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır