14 yanvar 2013 - 20:30

Hesabatda "ixtilaflı bəlgələt" hissəsinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də salınıb. Qondarma “Dağlı Qarabağ Respublikası” “qismən azad” olaraq hesabatda qeyd olunub.

Əhli Beyt  (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünya ölkələrində demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsilə məşğul olan “Freedom House” təşkilatı «Dünyada azadlıqlar 2013: Tarazlıq şəraitində demokratiyanın mənimsənilməsi” adlı hesabatında yenidən Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb.

Hesabatda Azərbaycan və Rusiya "azad olmayan" ölkələr sırasında yer alarkən Ermənistan, Gürcüstan və Türkiyə isə “qismən azad” ölkə olaraq göstərilib.

Hesabatda "ixtilaflı bəlgələt" hissəsinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də salınıb. Qondarma “Dağlı Qarabağ Respublikası” “qismən azad”  olaraq hesabatda qeyd olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır