13 yanvar 2013 - 20:30

Azərbaycanın səfiri iki ölkə mətbuatı arasındakı gərginliyə də işarə edərək deyib: "İranda da bizim ölkəmizədə olduğu kimi müxtəlif fikirli qruplar vardır. Mən dəfələrlə bildirmişəm və indi də deyirəm ki, mətbuatdan soruşacağınız sualı məndən soruşun.

Əhli Beyt  (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İİR və Azərbaycan Respublikası arasındakı münasibətlərə toxunaraq deyib:  “Bu gün dünyada İran və Azərbaycan Respublikası kimi mədəniyyət, din, adət-ənənə, tarix, hətta coğrafi baxımdan bir-birinə yaxın olan hansısa iki ölkə tapmaq mümkün deyil. İran əhalisinin böyük bir hissəsi türkdillidir. Bu da bizim ortaqlıqlarımızın hansı həddə olmasını göstərir”.

Səfir, Qarabağ münaqişəsinin həlli mövzusundan da söz açaraq deyib: "Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Mənim nəzərimcə, həqiqətdə Qarabağ İslam dünyasının torpaqlarıdır. İşğalçıların bu ərazidən çıxmasına dair BMT tərəfindən indiyə kimi dört qətnamə qəbul edilmişdir. "Qoşulmama Hərəkatının" Tehrandakı iclasında da Qarabağ bir daha Azərbaycan Respublikasının ərazisi kimi təsdiqləndi. Bu məsələ İranda təsdiqləndiyi üçün bizim üçün çox önəmlidir".

"Bu günləri ordumuz Qarabağı işğaldan azad etmək qüdrətinə malikdir. Artıq bizim hərbi sənayemiz vardır və ölkəmizin illik hərbi büdcəsi 3,5 milyard dollar həcmindədir. Biz torpaqlarımızı müharibə yolu ilə azad edə bildiyimiz halda qan tökülməsinin qarşısını almaq üçün diplomatik yollarla münaqişənin həlli yollarına daha çox üstünlük veririk"- deyə, səfir bildirib.

Minsk qrupunun səylərini nəticəsiz qaldığını bildirən səfir, BMT-dən işğalçıların qətnaməyə tabe olmalarının məcbur edilməsini istədiklərini də qeyd edib.

O, İranın Qarabağ münaqişəsinin həlli iqtiqamətindəki rolu barədə deyib: "İrana təzə gəldiyim vaxt İran tərəfi məsələnin həlli isiqamətində birgə iclas keçirmək fikrində olduqlarını bildirdi. Mən də bu məsələni Bakıya çatdırdım. Ölkəmiz buna hazır olduğunu bildirdi. Lakin erməni tərəfi qəbul etmədi".

Azərbaycanın səfiri iki ölkə mətbuatı arasındakı gərginliyə də işarə edərək deyib: "İranda da bizim ölkəmizədə olduğu kimi müxtəlif fikirli qruplar vardır. Mən dəfələrlə bildirmişəm və indi də deyirəm ki, mətbuatdan soruşacağınız sualı məndən soruşun. Burada bildirirəm ki, ölkəmizədə 20 il müddətində 2000 məscid tikilib, sovet hökumətinin dövründə dağıdılmış bir çox imamzadələrin qəbri təmir edilib".

C. Axundov Azərbaycanın İsrail və ABŞ-dan aldığı silahla bağlı belə deyib: "Bizim müxtəlif ölkələrlə əlaqələrimiz vardır və silah da gətiririk. Ölkəmizin torpaqlarının bir hissəsi işğal edilmişdir. Biz onu azad etməyə çalışırıq. Beynəlxalq qanunlara əsasən, əraziləri işğal olunmuş hər bir ölkənin onu azad etmək haqqı vardır. Mən bu mövzu ətrafında mətbuatda yayılan xəbərləri də təkzib edirəm və bildirirəm ki, biz İrana dostluq sədaqətimizi dəfələrlə nümayiş etdirimişik. Müdafiə nazirimiz də Tehrana son səfərində öz nəzərini açıqladı. Bizim İsraildə səfirliyimiz yoxdur. Azərbaycanda Fələstinin səfirliyi də açılmışdır".

Azərbaycanın İrandakı səfiri daha sonra deyib: "Biz Bakıda yüksək gücü və imkanları olan yeni liman və emal zavodu tikmək niyyətindəyik. İranın da bu imkanlardan istifadə etməsini istəyirik. Mən bu iki ölkə münasibətlərinin işıqlı gələcəyi olacağını düşünürəm".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır