Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dini Tolerantlıqdan dəm vuran Azərbaycan Respublikasında, 11-ci sinif şagirdi Tamilla Mustafayeva təhsil aldığı Xaçmaz rayonundakı 9 saylı məktəbdən xaric edilib.
Bunu onun babası Cəmaləddin Mustafayev deyib: "Mənim nəvəm dərslərini yaxşı oxuyurdu. Rayonda riyaziyyat fənni üzrə keçirilən olimpiadanın qalibi idi. Dərslərinə məsuliyyətlə yanaşırdı, eyni zamanda dini inanclı idi, hicaba girmişdi. Buna görə onu məktəbdən qovdular".
Şagirdin dərs kitabları da əlindən alınıb. Məktəbin direktor müavini Fərrux İsrafilov deyib ki, hicablı şagird təhsil nazirinin hicablı məktəbə gəlməyi qadağan edən əmrinə əsasən məktəbdən xaric edilib.
Sinif rəhbəri Kamran Əlifxanov hicablı şagirdin tərbiyəli, təhsilə həvəsli olduğunu, ancaq müstəqil seçim edərək məktəbdən getdiyini deyib. Hüquqşünas Namizəd Səfərov isə bildirib ki, Tamillanın təhsilinin yarımçıq qalması onun təhsil hüquqlarının pozulması deməkdir. Şagirdin valideynləri məhkəməyə müraciət etməli, nazirin əmrinin qanuna söykənmədiyini mübahisələndirməli, bu yolla da övladlarının təhsil hüquqlarının bərpasına çalışmalıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır